media-c5f58d68-4178-4053-8d34-a89fecd24c41

Türkiyənin də daxil olduğu 8 ölkənin xarici işlər nazirləri birgə bəyanat yayaraq İsrailin Qüdsdə yerləşən Məscidül-Əqsaya girişlə bağlı tətbiq etdiyi məhdudiyyətləri pisləyiblər.

Patrul.az xəbər verir ki, birgə bəyanatda Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri İsrailin xüsusilə müqəddəs Ramazan ayı ərzində ibadət etmək istəyən müsəlmanlara Məscidül-Əqsa (Hərəmüş-Şərif) ərazisinə girişin məhdudlaşdırılmasını qınadıqlarını bildiriblər.

Nazirlər qeyd ediblər ki, bu cür addımlar bölgədə gərginliyi artırır və dini azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirilir. Bəyanatda həmçinin müqəddəs məkanların statusunun qorunmasının vacibliyi vurğulanıb.

Birgə açıqlamada tərəflər beynəlxalq ictimaiyyəti Qüdsdəki dini məkanların qorunması və ibadət azadlığının təmin olunması istiqamətində addımlar atmağa çağırıblar.

media-b8359b48-d73b-436b-a3d8-cb491e971eb2


Bənzər xəbərlər