media-inshot_20260309_095205224

ABŞ-İsrail-İran müharibəsində həlak olan amerikalı hərbçilərin sayı 7-yə yüksəlib.

Patrul.az xəbər verir ki, bu barədə Mərkəzi Silahlı Qüvvələr Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Dünən gecə bir ABŞ əsgəri İran rejiminin Yaxın Şərqdəki ilk hücumları zamanı aldığı xəsarətlərdən öldü. Əsgər martın 1-də Səudiyyə Ərəbistanı Krallığında ABŞ qüvvələrinə edilən hücum zamanı ağır yaralanmışdı”, – deyə bəyanatda bildirilib.

İran tərəfdən isə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bir neçə amerikalı əsgərin əsir götürüldüyünü bildirib:

“Mənə bir neçə Amerika əsgərinin əsir götürüldüyü barədə məlumat verilib. Lakin amerikalılar bu əsgərlərin münaqişədə öldürüldüyünü iddia edirlər. Boş yerə səy göstərmələrinə baxmayaraq, onlar həqiqəti uzun müddət gizlədə bilməzlər”, -2 Laricani sosial media hesabında paylaşım edib.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü Tim Hokins isə amerikalı əsgərlərin İran tərəfindən əsir götürüldüyü iddialarını təkzib edib.

“İran rejimi yalan yaymaq və hər kəsi aldatmaq üçün əlindən gələni edir. Bu, bunun bariz nümunəsidir”.

Gülbəni Səfərova


Bənzər xəbərlər