media-inshot_20260312_211935863

İranın mərhum ali dini lideri Ayətullah Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə Bağırzadənin sağ olduğu bildirilir.

Patrul.az xəbər verir ki, bu barədə məlumatı Fars Xəbər Agentliyi təsdiqləyib.

“İranın həlak olmuş ali lideri Əli Xameneinin həyat yoldaşı sağdır, onun ölümü ilə bağlı yayılan məlumatlar səhv olub”, – deyə bildirilib.

Bu məlumat Müctəba Xameneinin çıxışlarında anasının ölümündən bəhs etməməsindən sonra gündəmə gəlib.

Xatırladaq ki, daha əvvəl 2026-cı il martın 2-də Mənsurə Xocəstə Bağırzadənin ABŞ və İsrailin hava hücumları zamanı aldığı xəsarətlərdən komaya düşdüyü, daha sonra isə dünyasını dəyişdiyi iddia olunmuşdu.

Qeyd edək ki, Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin hücumu nəticəsində qızı, kürəkəni və nəvəsi ilə birlikdə həlak olub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər