media-inshot_20260312_093546125

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Hörmüz boğazı barədə açıqlama verib.

Patrul.az xəbər verir ki, İrəvani İran tərəfindən Hörmüz boğazının bağlanmadığını bildirib.

İrəvani həmçinin BMT-dəki çıxışında ABŞ və İsrailin İrana qarşı davam edən hücumlarında indiyə qədər həlak olanların sayını, o cümlədən infrastruktura dəymiş ziyanın statistikasını açıqlayıb:

“1348-dən çox mülki şəxs həyatını itirib, 9669 mülki yaşayış məntəqəsi dağıdılıb. Bu mülki yaşayış məntəqələrinə 7943 ev, 1617 ticarət və xidmət mərkəzi, 32 səhiyyə və əczaçılıq müəssisəsi, 65 məktəb və təhsil müəssisəsi, 13 Qırmızı Xaç binası və müxtəlif enerji təchizatı obyektləri daxildir”.

Əmir Səid İrəvani hücumların davam etdikcə bu rəqəmlərin artacağını söyləyib. O, hətta BMT Təhlükəsizlik Şurasının bölgədə baş verən hadisələrə qarşı susqunluğunu da tənqid edib:

“BMT Nizamnaməsinə əsasən beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq kimi əsas məsuliyyətinə baxmayaraq, bu ciddi pozuntulara göz yumur. Bunun əvəzinə, bəzi şura üzvləri qurbanların və təcavüzkarların rollarını dəyişdirməyə çalışırlar. Onlar təcavüzkarları mükafatlandırmağı və qurbanları cəzalandırmağı hədəfləyirlər”, – deyə o, qətiyyətlə bildirib.

İrəvani İsrailin Baş naziri Benyamin Netanyahunun “günahkar” olduğunu bildirərək ölkəsinin Körfəz ölkələrinə hücumlarının dərhal dayandırılmasını tələb edən qətnamə ilə bağlı belə deyib:

“Bizim cavabımız ölçülü və qanunidir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər