media-a7ea13a5-da5f-4384-8de7-46700c2516ac

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H. Ağamalıyev küçəsində yaşayan sakin Patrul.az redaksiyasına müraciət edərək ərazidə yaranmış problemlə bağlı narahatlığını ifadə edib.

Sakinin sözlərinə görə, 06.06.2026-cı il tarixində, saat 06:50 radələrində yaxınlıqda yerləşən çoxmənzilli binanın sakinlərindən biri binanın qarşısında olan ağacı kəsib. Daha sonra həmin ağac sürünərək gətirilərək məhəllə evlərindən birinin qarşısına atılıb.

İddia olunur ki, hadisənin üzərindən artıq iki gün keçməsinə baxmayaraq, ağac hələ də küçənin ortasında qalmaqdadır. Sakinlərin sözlərinə görə, ağacın ərazidən götürülməsi və yolun açılması istiqamətində indiyədək heç bir tədbir görülməyib.

Müraciət müəllifi bildirir ki, küçənin hərəkət hissəsində qalan ağac həm piyadalar, həm də nəqliyyat vasitələri üçün müəyyən çətinliklər yaradır və aidiyyəti qurumların məsələyə operativ müdaxilə etməsini zəruri edir.

Patrul.az olaraq aidiyyəti qurumların məsələyə münasibət bildirməsini və problemin qısa müddətdə aradan qaldırılmasını gözləyirik.


Bənzər xəbərlər