Engin Polat “Ferrari” avtomobilini satışa çıxardı
Türkiyədə tanınmış iş adamı Engin Polat özünə məxsus Ferrari markalı avtomobili satışa çıxarıb.
Patrul.az xəbər verir ki, sosial mediada yayılan məlumatlara görə, lüks avtomobil üçün elan edilən qiymət 38 milyon 500 min türk lirəsidir.
Mövcud məzənnəyə əsasən, bu məbləğ təxminən 1 milyon 500 min Azərbaycan manatına bərabərdir. Bahalı avtomobilin satışa çıxarılması qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Engin Polat və həyat yoldaşı Dilan Polat son illərdə Türkiyədə aparılan maliyyə istintaqları və məhkəmə prosesləri ilə tez-tez gündəmə gəlirlər. Ferrari avtomobilinin satışa çıxarılması da ictimaiyyətin diqqətini cəlb edib.







