media-2025070118204717

Bəzən elə bir an olur ki, içimizdə yığılıb qalan hər şey partlamağa hazır bombaya çevrilir. Ətrafımızdakı insanlar, gündəlik sıxıntılar, gözlənilməz hadisələr üst-üstə yığılır və biz əsəbiləşirik.

Bəs bu qədər əsəbiləşmək sağlamlığa zərər deyilmi? Bunu bildiyimiz halda niyə özümüzü cilovlaya bilmirik?

media-2024-05-07-16-50-43hhlrxm0zckx5ajm0mnu5_file

Əgər bu yazını oxuyursansa, deməli sən də bu gün o qədər yüklənmisən ki, özünü sıxılmış bir yay kimi hiss edirsən. Bəlkə də bəzi stressli zamanlarımızda əsəbiləşmək yerinə sadəcə dayanıb nəfəs almalıyıq. Unutmaq olmaz ki, əsəblərinə hakim olmaq gücsüzlük deyil, əksinə ən böyük gücdür. Əsəbinin içində bəlkə də bir xəbərdarlıq var. Bəlkə də artıq dəyişmək, bəzi şeyləri geridə qoymaq vaxtıdır. Bu hiss sənə nə deyir? “Artıq bu cür yaşamaq olmaz!” və sən onu susdurmaq əvəzinə, bir dəfə də olsun dinlə…

Dünyada baş verən gərgin proseslər bizə necə təsir edir?

media-cyber_europe_en_header

Son zamanlar dünyada elə gərgin proseslər baş verir ki, bu da insan psixologiyasına birbaşa təsir edir. Savaşlar, iqtisadi qeyri-sabitlik, şəxsi həyatdakı narahatlıqlar və gələcək qorxusu bir çox insanda emosional yüklənməyə səbəb olur. Bəzi insanlar bu gərginliyi sakit şəkildə içlərində saxlayır, digərləri isə qəzəb patlamaları ilə ətrafına yayır. Əsəbləşmək insani haldır, amma bu hal ətrafını yandıran alova çevrilməməlidir.

Bəs əsəbləri necə sakitləşdirmək olar?

Patrulaz.az qəzəbləndikdə sakitləşmək və özümüzü daha balanslı hiss etmək üçün 5 sübut olunmuş effektiv üsul təqdim edir:

Təmiz havaya çıxıb, dərindən nəfəs almaq

media-istockphoto-1421386665-1024x1024

Təbiətin gözəlliyi və təmiz hava beyni sakitləşdirir. İnsan havanı içinə çəkdikcə bədənindən ağır yükün qalxdığını hiss edir. Buna görə də qəzəblənərkən, qapalı bir mühitdə olduğunuz zamam dərhal təmiz havaya çıxmaq lazımdır.

Papatya çayı içmək

media-pexels-anna-pou-8329954

Elm adamları papatyanın insanın ruhuna sakitləşdirici təsirinin olduğunu sübut ediblər. Onun təravətləndirici dadı insana xoş təsir bağışlayır və istəmsizcəsinə sakitləşir, özünü cilovlamağı bacarırsan.

Gözləri yumaraq musiqiyə qulaq asmaq

media-pexels-tirachard-kumtanom-112571-1001850

Sevdiyiniz bir mahnı sizi dərhal fərqli duyğuya sala bilər. Ancaq bu dinlədiyiniz melodiyadan asılıdır. Gərgin və əsəbi olduğunuz zaman daha mülayim, yeri gəldikdə müsbət təsir bağışlayan və ya tamamilə şən musiqilərin dinlənilməsi insanı başqa bir aləmə aparmaqda kömək olur.

İdmanla məşğul olmaq

media-istockphoto-1441759606-1024x1024

İdman etmək fiziki fəaliyyəti və beynin “xoşbəxtlik hormonları”nı aktivləşdirir. Çoxu zaman gərgin olan insanlarda idmana getmək, məşq etmək kimi fikirlər ortaya çıxır. Onların bunu düşünməkdə əsas məqsədi stressini hərəkətliliklə atmaqdır. Bir sözlə, idmanla məşğul olmaq da əsəbləri sakitləşdirməyə kömək olur.

Meditasiya və yoqa etmək

media-pexels-shootsaga-32794966

Meditasiya birbaşa zehni sakitləşdirmək üçün istifadə olunan praktik üsuldur. Çünki meditasiya etməklə beyindəki artıq düşüncələr azalmağa başlayır və bədəndə stress hormonu olan kortizolun səviyyəsini də aşağı enir. Yoqa isə insanda daha çox əzələ gərginliyini aradan qaldırır. Yoqunun da bəzi pozaları sinir və endokrin sisteminin işinə müsbət təsir edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər