media-screenshot_20250701_210412_telegram

“Azərbaycan-Ural” təşkilatının rəhbəri və Yekaterinburqdakı Azərbaycan diasporasının sədri Şahin Şıxlinski Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Patrulaz.az xəbər verir ki, hadisə şəhərdə yerləşən “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında baş verib. Məlumata görə, Şahin Şıxlinskiyə qarşı Rusiya güc strukturlarının əməkdaşları zor tətbiq edərək onu saxlayıblar.

Məlumata görə, Şıxlinski oğlu ilə birlikdə saxlanılıb, lakin sonra oğlu sərbəst buraxılıb.  Şahin isə hələ də saxlanılır.

Hazırda hadisənin səbəbləri və hüquqi qiymətləndirilməsi ilə bağlı rəsmi açıqlama verilməyib.

Həmin görüntüləri təqdim edirik:

 


Bənzər xəbərlər