media-hastanede-calan-yanlis-alarm-panige-neden-oldu-b7en

Türkiyənin Əskişəhər xəstəxanasında təhlükəsizlik siqnalının yanlışlıqla işə düşməsi insanlar arasında qorxu və çaxnaşmaya səbəb olub.

Patrulaz.az “TGRT Haber”ə istinadən xəbər verir ki, hadisə xəstəxananın əsas giriş hissəsində baş verib. Siqnal səsləndikdən sonra binanın boşaldılması barədə elan verilib və insanlara liftlərdən istifadə etməmək tapşırılıb. Bundan sonra   xəstəxanada olan vətəndaşlar daha da panikaya düşərək qaçmağa başlayıblar.

Hadisə zamanı çəkilmiş görüntülərdə insanların qorxu içində binanı tərk etdiyi əks olunub.

Qeyd edək ki, hadisədən sonra məlum olub ki, xəstəxanada yanğın olmayıb və siqnal səhvən işə düşüb. Siqnalın hansı səbəbdən aktivləşməsi barədə araşdırma aparılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər