media-img-20250701-wa0011

Zaman keçdikcə texnologiya insan həyatına daha dərin şəkildə nüfuz edir. Belə ki, texnologiya mütəxissləri insan beynindən cüzi fərqlənən robotlar hazırlayırlar. Nəticədə robotlar insanlarla inteqrasiya edir, fikir mübadiləsi aparırlar. Bir çoxları isə məhz gələcəkdə texnologiyaların, xüsusi ilə də süni intellektin nə edəcəyindən qorxur. Bəs 2050-ci ildə ümumi olaraq bizi nələr gözləyir?

Patrulaz.az bir sıra tanınmış ekspertlərin fikirlərinə əsaslanaraq gələcəyə dair proqnozları təqdim edir:

Əgər XX əsrin sonlarında futuroloqlar insanın su altında yaşayacağını və uçan avtomobillərin gündəlik həyatın bir hissəsinə çevriləcəyini proqnozlaşdırırdılarsa, müasir mütəxəssislərin baxışı daha ciddi və narahatedici məqamları əhatə edir.

Süni intellekt insan üçün fürsət, yoxsa təhdiddir?

media-inshot_20250701_232729935

“DDB EMEA” reklam agentliyinin baş strategiya direktoru Corc Staxov fikrincə, süni intellektin inkişafı 2050-ci ilə qədər dünyanı köklü şəkildə dəyişəcək. Onun fikrincə, texnologiyanın bu templə irəliləməsi “AI ustaları” adlandırılan azsaylı texnoloji elitanın dünya məlumatlarına nəzarət etməsinə və kütlələrin faktiki olaraq seçki hüququndan məhrum olmasına səbəb ola bilər.

Lakin Staxov onu da vurğulayır ki, süni intellekt düzgün şəkildə idarə olunarsa, səhiyyənin inkişafı, ətraf mühitin çirklənməsinin azalması və əsas gəlir sisteminin tətbiqi ilə insanlıq daha firavan bir dövrə qədəm qoya bilər.

Ölümdən sonra rəqəmsal həyat mümkündürmü?

media-inshot_20250701_232855420

Ravensbourne Universitetindən Dr. Ajaz Əli isə diqqəti daha fərqli bir mövzuya yönəldir. O bildirir ki, gələcəkdə süni intellekt insanların “rəqəmsal əkizlərini” yaratmağa imkan verəcək. Bu texnologiya sayəsində insan ölsə belə, onun yaddaşı, davranışları və səsi qorunacaq və yaxınları ilə ünsiyyət davam edə biləcək.

Füsünkar xüsusiyyətləri ilə bizi cəlb edən eynəklər

media-inshot_20250701_232957886

Texnologiyanın gündəlik həyata tətbiqi sahəsində də ciddi yeniliklər gözlənilir. “GoStudent” şirkətinin nümayəndəsi Aleksandr Nikin yaxın onilliklərdə süni intellektlə təchiz olunmuş ağıllı eynəklərin geniş istifadəyə veriləcəyini qeyd edir. Bu eynəklər istifadəçiyə ətraf mühiti analiz etmək, suallara real vaxt rejimində cavab almaq və müxtəlif gündəlik tapşırıqları yerinə yetirməkdə kömək edəcək.

Kosmosda həyat axtarışı

media-inshot_20250701_233159221

“SETI” layihəsinin üzvü, tanınmış astronom Set Şostak isə başqa bir maraqlı ehtimalı irəli sürüb. Onun fikrincə, 2036-cı ilə qədər insanların yadplanetli varlıqlarla təmas qurması ehtimalı olduqca yükək olacaq. Şostak bildirir ki, kainatda Yerə bənzər milyardlarla planetin mövcudluğu əsasında həyatın yalnız Yer kürəsində olması riyazi baxımdan inandırıcı deyil.

Təbii ki, bunlar indiki dövrdə cərəyan edən proseslər və aparılan tədqiqatlar əsasında mütəxəssislərin irəli sürdükləri proqnozlardır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər