Kağız fabrikində güclü yanğın: 8 ölü, 26 yaralı
Taylandın Saraburi əyalətində yerləşən kağız fabrikində baş verən yanğın faciəyə çevrilib.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, yanğın Banqkokdan 100 km şimalda yerləşən fabrikin birinci mərtəbəsində başlayıb. Hadisə zamanı 8 nəfər ölüb, 26 nəfər xəsarət alıb. 2 nəfər isə itkin düşüb.
Qeyd edək ki, yanğın 24 saatdan sonra nəzarət altına alınıb, fabrik ciddi ziyan görüb. Araşdırmalar davam edir.