media-fireworks-ca-house-explosion-0321

ABŞ-nin Kaliforniya ştatının Yolo qraflığında yerləşən atəşfəşanlıqla dolu anbarda güclü partlayış baş verib.

Patrulaz.az “NBC News”a istinadən xəbər verir ki, partlayış nəticəsində bir neçə bina, o cümlədən iki yaşayış evi dağılıb.

Lakin hadisə ilə bağlı hələlik ölən və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb.

Partlayışın dərhal sonra ətraf sahələrdə də əlavə yanğınlara səbəb olduğunu və 80 hektar sahənin yandığı bildirilib.

Hadisə yerinə fövqəladə hallara müdaxilə edən çoxsaylı yerli və ştat agentlikləri cəlb olunub. Yanğınsöndürmə əməliyyatlarına həm yerüstü, həm də hava vasitələri cəlb edilib.

Məlumata görə, hadisədən sonra bir mil radiusunda məcburi evakuasiya zonası elan olunub.

Qeyd edək ki, partlayışın dəqiq səbəbi hələlik məlum deyil.

Partlayış nəticəsində alovun təsiri ilə pirotexniki vasitələr bir-birinin ardınca partlayaraq ətrafa qığılcımlar və yanar maddələr saçıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər