media-233ff9bb-f442-4fc7-b72e-165b73e96867

Patrul.az-ın qaynar xəttinə daxil olan şikayətdə vətəndaş bildirir ki, bu gün Bayıl qəsəbəsində yerləşən “Ulu Bay” MMC-nin yeni yaşayış kompleksində 10-NA-060 dövlət qeydiyyat nişanlı “Gelandewagen” markalı avtomobil məhəllənin giriş hissəsində saxlanılıb.

İddiaya görə, avtomobilin bu şəkildə park edilməsi nəticəsində sakinlər nə məhəlləyə avtomobillə daxil ola, nə də ərazidən avtomobillə çıxa biliblər. Vətəndaşlar yaranmış vəziyyətin ciddi narahatlıq yaratdığını bildirirlər.

Ümid edirik ki, müvafiq qurumlar məsələni araşdıracaq və qanunvericiliyə uyğun tədbirlər görəcəklər.

Günay Salayeva


Bənzər xəbərlər