media-inshot_20260714_184059044

Yay mövsümündə sosial şəbəkələrdə aktivlik nəzərəçarpacaq dərəcədə artır. Məzuniyyət fotoları, səyahət videoları və əyləncə məzmunları daha çox paylaşılır, lakin hər paylaşım eyni nəticəni vermir. Bəs yayda daha çox baxış və paylaşım toplamaq üçün hansı məzmun daha effektivdir?

Bu barədə SMM və süni intellekt üzrə mütəxəssis Abdulla Abdullayev Patrul.az-a açıqlamasında bildirib ki, yay mövsümündə qısa videolar, Reels formatı və vizual cəhətdən cəlbedici, faydalı məzmunlar istifadəçilər tərəfindən daha çox izlənilir və paylaşılır:

“Yay mövsümündə insanlar daha çox dinamik, vizual və əyləncəli məzmunlara maraq göstərirlər. Qısa videolar, Reels formatı, səyahət, istirahət, gündəlik həyat və aktual trendlərə uyğun məzmunlar daha effektiv nəticə verir. Xüsusilə auditoriyada emosiya yaradan, faydalı olan və paylaşmağa səbəb verən kontentlər daha sürətli yayıla bilir”.

media-img-20260714-wa0023

Mütəxəssis qeyd edir ki, paylaşım saatı vacib olsa da, uğurun əsas amili auditoriyanın marağına uyğun, keyfiyyətli və diqqətçəkən məzmundur:

“Paylaşım saatının təsiri var, amma bu, əvvəlki qədər həlledici faktor deyil. Bu gün alqoritmlər daha çox insanların məzmunu nə qədər izlədiyinə, paylaşdığına və onunla qarşılıqlı əlaqəsinə diqqət edir. Yəni düzgün saat zəif kontenti xilas etməyəcək. Əsas məsələ auditoriyanın marağına uyğun keyfiyyətli məzmun hazırlamaqdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər