media-gemini_generated_image_td94hztd94hztd94

Yay aylarında günəş şüalarının təsirinin artması ilə mütəxəssislər dərinin ultrabənövşəyi (UV) şüalardan qorunmasının vacibliyini bir daha xatırladırlar. Mütəxəssislərin sözlərinə görə, günəş kremindən müntəzəm istifadə edilməməsi zamanla dəri sağlamlığında ciddi problemlərin yaranma riskini artıra bilər.

Bəs günəş kremindən istifadə etməyən insanları gələcəkdə hansı dəri xəstəlikləri gözləyə bilər? Günəş şüalarının uzunmüddətli təsiri hansı riskləri artırır?

Bu barədə ailə həkimi Dr. Pənah Pənahov Patrul.az-a açıqlamasında bildirib ki,günəşdən qorunmamaq dəridə yığılan zədələnmələrə səbəb olur, erkən qocalma əlamətlərini sürətləndirir və dəri xərçəngi riskini artırır:

“Mən ailə həkimi olaraq deyə bilərəm ki, günəşdən qoruyucu kremdən istifadə etməmək uzun illər ərzində dəridə geri dönməsi çətin olan dəyişikliklərə səbəb ola bilər. Günəşin zərərli şüaları dəri hüceyrələrinə yavaş-yavaş təsir edir və bu zərər zamanla toplanır. Nəticədə dəri daha tez qocalır, qırışlar və ləkələr yaranır, dərinin əvvəlki yumşaqlığı və elastikliyi azalır. Uzun müddət qorunmadan günəş altında qalmaq dəridə xərçəngə çevrilə bilən dəyişikliklərin və dəri xərçənginin yaranma riskini də artırır”.

media-img-20260714-wa0008

Həkim qeyd edir ki, yay aylarında ən azı SPF 30 olan günəş kremindən istifadə etmək dərini zərərli günəş şüalarından qoruyur:

“Müasir tibbi tövsiyələrə görə, xüsusilə yay aylarında və açıq havada çox vaxt keçirən insanlar ən azı SPF 30 olan günəş kremindən müntəzəm istifadə etməlidirlər. Bu krem həm günəşin əsas zərərli təsirlərindən qoruyur, həm də dərinin sağlamlığını daha uzun müddət saxlamağa kömək edir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər