media-5bb70f3a-860e-4846-90eb-eb53e8b4b6de

Patrul.az redaksiyasına müraciət edən vətəndaş Firuz Əliyev təsərrüfatında baş verdiyini iddia etdiyi narahatedici hadisələrlə bağlı şikayətini bölüşüb.

Şikayətçinin sözlərinə görə, Sabunçu rayonu ərazisində yerləşən təsərrüfatına Sənan adlı şəxs tərəfindən uzun müddətdir sistemli və qərəzli şəkildə hücumlar edilir.

Vətəndaş iddia edir ki, həmin şəxs təsərrüfatın hasarlarını dağıdır, infrastrukturuna ziyan vurur, müxtəlif növ quşları və mühafizə məqsədilə saxlanılan itləri qəsdən amansızcasına öldürür. Bundan başqa, onun sözlərinə görə, hər gecə təsərrüfat ərazisinə müdaxilə edilir, müxtəlif əşyalar oğurlanaraq mənimsənilir və obyektə maddi ziyan vurulur.

Şikayətçi bildirir ki, bu hadisələr nəticəsində ona ciddi maddi və mənəvi zərər dəyib.

İddialara görə, Sənan adlı şəxs Sabunçu rayonu ərazisində ev alqı-satqısı fəaliyyəti ilə məşğuldur.

Firuz Əliyev məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən iddiaların hərtərəfli araşdırılmasını və qanunamüvafiq tədbirlərin görülməsini xahiş edir.

Qeyd edək ki, yazıda yer alan məlumatlar şikayətçinin iddialarına əsaslanır. Patrul.az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.


Bənzər xəbərlər