İndoneziyada azərbaycanlı quldurluq cinayətində şübhəli bilinərək saxlanılıdı
Azərbaycan vətəndaşı İndoneziyada quldurluqda ittiham olunur.
Patrulaz.az “Minval Politika”ya istinadən xəbər verir ki, İndoneziyanın məşhur turizm mərkəzi olan Bali adasında Azərbaycan vətəndaşı quldurluq cinayətində şübhəli bilinərək saxlanılıb.
Hadisə iyulun 27-də, günorta saatlarında baş verib.
Məlumata görə, Azərbaycan vətəndaşı 12 min ABŞ dollarını milli valyutaya dəyişmək məqsədilə valyutadəyişmə məntəqəsinin operatoru ilə əlaqə saxlayıb və məbləğin böyük olduğunu əsas gətirərək pulların birbaşa yaşadığı ünvana çatdırılmasını istəyib.
Valyutadəyişmə məntəqəsinin iki əməkdaşı – Mox Ezeqiel Tan Elanq və M. Faysal pulları həmin ünvana gətirərək saymağa başlayıblar. Daha sonra Azərbaycan vətəndaşının sahibi olduğu evə başqa bir şəxs də daxil olub və onlar birlikdə məntəqə əməkdaşlarını boğmağa başlayıblar. Hadisənin sonunda pullar ələ keçirilib.
Zərərçəkənlər onlardan xilas olaraq hadisə yerindən qaçıb, dərhal polisə məlumat veriblər.
Şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və hazırda Kuta polis idarəsində dindirilmə aparılır.
Məsələ ilə bağlı Denpasar Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri AKP İ Ketut Sukadi bildirib:
“Hazırda şübhəli şəxsə qarşı dərinləşdirilmiş istintaq və dindirilmə aparılır. Onun həqiqətən də xarici vətəndaş olduğu təsdiqlənib. Şəxs dərhal saxlanılaraq Kuta polis bölməsinə aparılıb”.
Gülbəniz Səfərova






