media-752x395-netanyahu-hakkinda-kirmizi-bulten-karari-1784013781832

İstanbul 11-ci Ağır Cinayət Məhkəməsi, “Sumud Donanması”na edilən hərbi müdaxilə ilə bağlı açılan cinayət işində İsrail Baş naziri Benyamin Netanyahu və daha 34 yüksək rütbəli rəsmi barəsində İnterpol xətti ilə beynəlxalq axtarışın elan edilməsinə qərar verib.

Patrul.az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamə əsasında başladılan bu tarixi hüquqi proses, Qəzzaya humanitar yardım aparan “Sumud Donanması” gəmilərinə beynəlxalq sularda İsrail hərbçiləri tərəfindən edilən silahlı müdaxilə və fəalların qanunsuz şəkildə saxlanılması ilə bağlıdır.

Məhkəmə prosesində təqsirləndirilən qismində başda İsrail Baş naziri Benyamin Netanyahu olmaqla, ölkənin hərbi və siyasi rəhbərliyində təmsil olunan 34 yüksək rütbəli rəsmi çıxış edir. Təqsirləndirilən şəxslərə qarşı irəli sürülən rəsmi ittihamlar olduqca ağırdır:

– Soyqırım törətmə,

– Bəşəriyyətə qarşı cinayətlər,

– İşgəncə və qeyri-insani rəftar,

– Adam oğurluğu və azadlıqdan qanunsuz məhrum etmə.

Məhkəmə heyətinin qəbul etdiyi son aralıq qərara əsasən, cinayət işinin miqyası və ittihamların ciddiliyi nəzərə alınaraq Benyamin Netanyahunun və digər müttəhimlərin tutulması üçün İnterpolun qırmızı bülleteni çıxarılıb. Bu qərar, adıçəkilən şəxslərin beynəlxalq səviyyədə hüquqi təqibinə və İnterpola üzv ölkələrdə saxlanılmasına hüquqi zəmin yaradır.

Məhkəmə araşdırması davam edir.


Bənzər xəbərlər