İran bir gecədə İsrailə çoxsaylı raket zərbələri endirdi: Onlarla yaralı var
Bu gecə İran İsrailə çoxsaylı raket zərbələri endirib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, raketlər əsasən İsrailin şimalında, Nazaret yaxınlığında yerləşən Zərzir kəndi ərazisinə düşüb.
Məlumata görə, zərbələr nəticəsində 33 nəfər yaralanıb. Bir neçə evə ciddi ziyan dəyib və ya dağılıb, nəqliyyat vasitələri isə yanaraq yararsız hala düşüb. Yaralılardan bir qadın kürəyinə qəlpə dəyməsi nəticəsində orta dərəcəli xəsarət alıb.
Bildirilir ki, digər yaralananların əksəriyyəti uçan şüşə qırıntıları və dağıntılar səbəbindən yüngül xəsarət alıb.
Hadisə nəticəsində ölənlərin olduğu barədə isə hələlik heç bir məlumat verilməyib.






