"İran Hörmüz boğazını bağlasa, 20 dəfə güclü zərbə alacaq" - Tramp
ABŞ Prezidenti Donald Tramp hücumlar fonunda İrana Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib.
Patrul.az xəbər verir ki, bu barədə Tramp sosial media hesabında paylaşım edib.
ABŞ lideri hər hansı blokada cəhdinə qarşı İranın infrastrukturunu tamamilə sıradan çıxaracaq miqyasda hücumla hədələyib:
“Əgər İran Hörmüz boğazından neft axınını dayandırmaq üçün hər hansı addım atsa, ABŞ tərəfindən indiyə qədər aldığından iyirmi dəfə daha güclü zərbə alacaq”, – deyə paylaşımda bildirilib.
Tramp qeyd edib ki, belə bir ssenari baş verərsə, bu, İranın yenidən qurulmasını daha da çətinləşdirəcək.
“Onların üzərinə ölüm, od və qəzəb gələcək. Amma ümid edirəm və dua edirəm ki, bu baş verməz”.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin təxminən beşdə birinin keçdiyi strateji nöqtə hesab olunur.






