İran İnqilab Keşikçiləri ordusu Tel-Əviv və ABŞ-İsrail dədəflərinə hücum başlatdı
İran İnqilab Keşikçiləri Ordusu (IRGC) rəsmi açıqlama verərək, Tel Aviv və bölgədəki ABŞ-İsrail hədəflərinə qarşı böyük miqyaslı bir hücumun başladığını bəyan edib.
Patrul.az xəbər verir ki, açıqlamada bildirildiyinə görə, əməliyyat “regiondakı düşmən qüvvələrinin mövqelərinə ciddi zərbələr vurmaq və İranın milli təhlükəsizliyini təmin etmək” məqsədini daşıyır. Hələlik hücumun miqyası və konkret nəticələri barədə dəqiq məlumat verilmir.
Analitiklər bildirirlər ki, bu bəyanat bölgədəki gərginliyi daha da artıracaq və beynəlxalq təhlükəsizlik üçün ciddi risk yarada bilər. ABŞ və İsrail tərəfi hələlik rəsmi açıqlama verməyib, lakin məsələni yaxından izlədikləri bildirilir.
Beynəlxalq media və müşahidəçilər vurğulayırlar ki, İranın belə hərəkətləri regiondakı siyasi və hərbi tarazlığı dəyişdirə bilər. Həmçinin, bu hadisə diplomatik kanallar vasitəsilə bölgədəki gərginliyin azalması üçün təzyiqlərin artmasına səbəb ola bilər.






