"İrana planlaşdırılandan daha çox ziyan vurmuşuq" - Tramp
“İranda vurulacaq artıq hədəf qalmayıb, müharibə tezliklə bitəcək”.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, ABŞ-nin planına əsasən nəzərdə tutulan 6 həftədən də daha qısa müddətdə İrana ciddi ziyan vurulub:
“Biz qrafikdən xeyli irəlidəyik. Hətta ilk altı həftə ərzində belə mümkün hesab etdiyimizdən daha çox ziyan vurduq. İran da Yaxın Şərqin qalan hissəsini hədəf almışdı. Onlar 47 ildir yaydıqları ölüm və dağıntıların bədəlini ödəyirlər. Bu, qisasdır. Onlar bundan asanlıqla yaxa qurtara bilməyəcəklər”.
Xatırladaq ki, Trampın bu açıqlamasından əvvəl Ağ Evin sözçüsü Karolin Livit bildirib ki, ABŞ ordusunun əməliyyatlarındakı məqsədlərə çatmaq üçün 4 və ya 6 həftə vaxt nəzərdə tutulmuşdu. Lakin ABŞ ordusu bu məqsədlərə planlaşdırıldığından daha tez nail ola bilər:
“Prezidentin və ABŞ ordusunun ilkin vaxt cədvəli əməliyyatdakı bütün məqsədlərə 4 və ya 6 həftə ərzində nail olmaq idi. ABŞ ordusu bu məqsədlərə planlaşdırıldığından daha tez və effektiv şəkildə nail olur. Lakin əməliyyatlar Prezident Tramp hərbi məqsədlərə nail olunduğunu elan etdikdə başa çatacaq”.
Gülbəniz Səfərova






