İranda azərbaycanlı rəsmilərin iştirak etdiyi tədbirdə ərdəbilli yeniyetmə "Azərbaycanım" ifası ilə hər kəsi heyran qoydu - VİDEO
İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən rəsmi mədəniyyət günləri çərçivəsində rəsmi nümayəndə heyətləri üçün bədii proqram təşkil edilib.
Patrul.az xəbər verir ki, tədbirdə çıxış edən ərdəbilli yeniyetmə sənətçi Tural Gəncə “Azərbaycanım” mahnısını böyük şövqlə ifa edib. Yeniyetmə ifaçının çıxışı qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
Musiqili proqramı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu və Azərbaycanın Təbriz şəhərindəki Baş konsulu Taleh Zöhrabov izləyiblər.
Səfər çərçivəsində nümayəndə heyətləri iki ölkə arasında mədəni və regional əlaqələrin inkişafı istiqamətində bir sıra rəsmi görüşlər də keçiriblər
Qeyd edək ki, “Azərbaycanım” mahnısının bəstəsi görkəmli bəstəkar Rauf Hacıyevə, sözləri isə şair Ənvər Əlibəyliyə məxsusdur.
Gülbəniz Səfərova






