media-inshot_20260309_165530356

İrandan Türkiyənin hava məkanına yönələn ballistik raket NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Patrul.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, raketin qalıqları Qaziantep şəhərində boş ərazilərə düşüb. Hadisə zamanı insan tələfatı və ya xəsarət qeydə alınmayıb.

Açıqlamada Türkiyənin regional sabitliyə verdiyi önəm də vurğulanıb. Bildirilib ki, Türkiyə yaxşı qonşuluq münasibətlərinə və bölgədə sabitliyin qorunmasına böyük əhəmiyyət verir. Lakin ölkəyə yönələn təhdidlərə qarşı bütün zəruri addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq.

Xatırladaq ki, martın 5-də İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən ballistik raket Şərqi Aralıq dənizindəki NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.


Bənzər xəbərlər