İranın yeni ali lideri seçildi, onun əmri ilə İsrailin strateji hədəflərinə zərbələr endirildi
İranda fevral ayında ABŞ və İsrailin birgə hücumu nəticəsində həlak olan ali dini lider Ayətullah Əli Xameninin yerinə oğlu Müctəba Xameneiyə keçdi.
Patrul.az “Al Jaazera”ya istinadən xəbər verir ki, ABŞ-İsrail-İran müharibəsinin 10-cu günündə İranın Ekspertlər Şurası rəsmi olaraq Müctəba Xameneyini ölkənin üçüncü Ali Rəhbəri elan edib. Onun andiçmə mərasimi keçirilib.
Müctəba Xameneyinin radikal mühafizəkar xəttin tərəfdarı olduğu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə çox sıx əlaqələrə malik olduğu bildirilir.
ABŞ Prezidenti Donald Tramp bu seçimi “qəbulolunmaz” adlandırıb və yeni liderin ABŞ-nin razılığı olmadan “uzun müddət hakimiyyətdə qalmayacağını” bəyan edib. İsrail isə hər hansı bir xələfin qanuni hədəf olacağını xəbərdar edib.
Müctəba Xemeninin seçilməsindən dərhal sonra onun hakimiyyəti dövrundə İran yeni liderin adı ilə İsrailə raket zərbələri endirib. İsrailin Tel-Əviv və Hayfa şəhərlərinə endirilən zərbələr nəticəsində bir neçə obyekt vurulub, 6 mülki şəxs isə yaralanıb.
İran həmçinin regiondakı ABŞ bazalarını və müttəfiq ölkələrin infrastrukturunu hədəf alıb. Bəhreyndəki neft emalı zavodu pilotsuz uçuş aparatları ilə vurulub və şirkət fors-major vəziyyət elan edib.






