media-inshot_20260312_122451030

İsrail bir tərəfdən İranla müharibə apardığı bir vaxtda Livanın cənubunda da hərbi əməliyyatlar həyata keçirir.

Patrul.az xəbər verir ki, bu barədə Livanın dövlət xəbər agentliyi NNA bildirib. Məlumata görə, İsrail ordusu bəzi ərazilərdə irəliləyərək bölgəyə daxil olub.

Bildirilir ki, İsrail Livana üç istiqamətdən – havadan, dənizdən və qurudan zərbələr endirərək irəliləməyə başlayıb.

Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayının 634-ə çatdığını, 1586 nəfərin isə yaralandığını açıqlayıb.

Livan hökuməti həmçinin 2 martdan bəri 816 700 nəfərin sığınacaqlara müraciət etdiyini bildirib.


Bənzər xəbərlər