media-inshot_20260717_094000687

İsrailin Qəzzaya 2023-cü ilin oktyabr ayından başlayan hücumları nəticəsində ölənlərin sayı 73 250, yaralıların sayı isə 173 751 nəfərə çatıb. Bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.

Patrul.az xəbər verir ki,bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin son hesabatına əsasən, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara İsrail hücumlarında həlak olan daha dörd nəfərin cəsədi və 28 yaralı gətirilib.

Məlumata görə, 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs rejiminin qüvvəyə minməsindən bəri baş verən hərbi əməliyyatlar nəticəsində 1 127 nəfər həlak olub, 3 643 nəfər yaralanıb. Bu müddət ərzində dağıntılar altından 800 nəfərin cəsədi çıxarılıb.

Qeyd edək ki, Qəzzada hələ də dağıntılar altında çoxlu sayda cəsədin olduğu bildirilir. Lakin bölgədəki ağır xüsusi avadanlıq və texnika çatışmazlığı səbəbindən onlara çatmaq hələ də mümkün olmayıb.


Bənzər xəbərlər