media-img_7055

Bakının Məhəmmədi qəsəbəsində yaşayan sakinlər çətin durumda qalıblar.

Patrulaz.az-a daxil olan məlumata görə, artıq bir neçə gündür ki, qəsəbədə həm su, həm də elektrik enerjisi verilişində problemlər yaşanır.

İyulun ən isti günlərində baş verən bu kəsintilər əhalinin gündəlik həyatını iflic vəziyyətə salıb. Sakinlər bildirirlər ki, nə içməli su tapılır, nə də elektriklə işləyən soyuducu, ventilyator və kondisionerlərdən istifadə edə bilirlər. Susuzluq və istilik insanları sözün əsl mənasında haldan salıb.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan uzun müddət davam edən bu vəziyyətə nəhayət bir son qoyulmasını tələb edirlər.

Patrulaz.az məsələni diqqətdə saxlayacaq.

Günay Salayeva


Bənzər xəbərlər