Məşhur aparıcı canlı yayımda rəsmi ilə müsahibə zamanı mürgülədi - Səbəb isə...
Tanınmış irlandiyalı teleaparıcı, 66 yaşlı İmon Holms “GB News” kanalındakı səhər proqramının canlı yayımı zamanı çətin anlar yaşayıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə martın 11-də, Britaniya Baş nazirinin baş katibi Darren Cons ilə müsahibə zamanı baş verib.
Müsahibə əsnasında Holmsun bir neçə saniyəlik gözləri yumulub, nitqi isə anlaşılmaz hala gəlib. Bu anlar izləyicilərin diqqətindən qaçmayıb.
Məlumata görə, təcrübəli jurnalistin bu vəziyyəti onun ciddi sağlamlıq problemləri ilə əlaqədardır.
Holms 2021-ci ildən bəri çanaq sümüyünün dislokasiyası və üç fəqərəarası disk yırtığı səbəbindən xroniki ağrılardan əziyyət çəkir. Hazırda hərəkət etmək üçün əlil arabasından istifadə edən aparıcı, martın əvvəlində verdiyi açıqlamada vəziyyətini “dəhşətli” adlandırmış və köməksiz ayağa dura bilmədiyini etiraf etmişdi.






