Müctəba Xamenei ayağından yaralandığı üçün ortaya çıxmır? - ŞOK İDDİALAR
İranda ABŞ və İsrailin birgə hücumları nəticəsində həlak olan Ali dini lider Ayətullah Əli Xameneinin yerinə oğlu Müctəba Xamenei keçsə də, onun ünvanına müxtəlif fikirlər səsləndirilir.
Patrul.az xəbər verir ki, o Ali lider kimi seçilsə də, hələ də ictimaiyyət qarşısına çıxmaması suallar doğurub.
“New York Times” nəşrinin versiyasına görə, İranın yeni ali lideri elan edilən Müctəba Xamenei müharibənin ilk günü 28 fevralda İsrail və ABŞ-nin hava zərbələri nəticəsində ayaqlarından yaralandığı üçün ictimaiyyət qarşısına çıxmır.
Yayılan başqa bir məlumata görə isə o, xəstəxanaların birində komadadır.
Lakin Tehran rəsmiləri və İran Prezidenti Məsud Pezeşkiyanın oğlu Yusif Pezeşkiyan bu iddiaları təkzib edərək, Müctəba Xameneinin xəsarət almadığını, sağ-salamat olduğunu və təhlükəsiz yerdə fəaliyyətini davam etdirdiyini bildiriblər.






