Muğanlı-İsmayıllı yolunda yük avtomobili aşdı - VİDEO
Bu gün saat 10:20 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunda yük avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Patrul.az-a hadisə şahidlərinin verdiyi məlumata görə, ilkin ehtimala əsasən, yük avtomobili döngəyə daxil olarkən idarəetmədən çıxıb və nəticədə aşıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və digər təfərrüatlar barədə hələlik rəsmi məlumat verilməyib.
Məsələ ilə bağlı əlavə məlumat əldə etdikcə ictimaiyyətə təqdim olunacaq.






