Nərimanovdakı insidentin təfərrüatları: Restoran nümayəndəsi danışdı - VİDEO
Bir neçə gün əvvəl Bakının Nərimanov rayonu ərazisində bir qadın və bir kişi arasında baş vermiş insidenti əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Patrul.az hadisənin təfərrüatlarını dəqiqləşdirmək məqsədilə Buxur restoranında olub. Restoran nümayəndəsinin sözlərinə görə, tərəflər arasında mübahisə restoranın terrasında yaşansa da, insident restoranın daxilində deyil, küçədə baş verib. Bildirilib ki, hadisədən dərhal sonra polis əməkdaşları əraziyə gələrək tərəfləri hadisə yerindən uzaqlaşdırıblar.
Patrul.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.






