media-img-20260718-wa0088

Sakinlərin Patrul.az-a bildirdiyinə görə, 18 iyul 2026-cı il tarixində saat 22:37 radələrində Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsində 90-RC-144 dövlət qeydiyyat nişanlı “VAZ” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən nəqliyyat vasitəsində yüksək səslə musiqi səsləndirib.

İddia olunur ki, musiqinin normadan artıq səsləndirilməsi ətrafda yaşayan sakinlərin rahatlığını pozub. Bildirilir ki, hadisənin baş verdiyi ərazidə çoxmənzilli yaşayış binaları yerləşdiyindən, yüksək səs-küy xüsusilə gecə saatlarında vətəndaşların haqlı narazılığına səbəb olub.

Sakinlər hesab edirlər ki, sürücülər nəqliyyat vasitəsini idarə edərkən digər yol hərəkəti iştirakçılarına və ətraf mühitə hörmətlə yanaşmalı, ictimai asayişi poza biləcək hərəkətlərdən çəkinməlidirlər.

Qeyd edək ki, ictimai yerlərdə və yaşayış məntəqələrində insanların dincliyini pozan hərəkətlər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət yarada bilər.

Patrul.az qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

Aidiyyəti qurumlardan məsələnin araşdırılması, qeyd olunan iddialara hüquqi qiymət verilməsi və belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi xahiş olunur.


Bənzər xəbərlər