“148 min manat ödədim, nə obyekt verildi, nə də pul qaytarıldı” ŞİKAYƏT
Patrul.az redaksiyasına “Dalga Beach” ərazisində obyekt icarəsi ilə bağlı şikayət daxil olub.
Şikayətçi Muradi Fərid iddia edir ki, əvvəlki mövsümdə ərazidə öz coffee shop brendi ilə fəaliyyət göstərib və əməkdaşlıq normal qaydada davam edib. Onun sözlərinə görə, növbəti mövsümdə də fəaliyyətini davam etdirməsi üçün ona yenidən təklif edilib və əvvəlcədən ödəniş etməsi istənilib.
Şikayətçi bildirir ki, bunun üçün müqavilə əsasında 58 min manatı bank köçürməsi ilə, əlavə olaraq isə 90 min manatı nəğd şəkildə ödəyib. Lakin iddiasına əsasən, həmin mövsümdə Dalga Beach fəaliyyətə başlamayıb. Ona dəfələrlə müxtəlif vədlər verilsə də, nə obyekt istifadəyə verilib, nə də ödədiyi vəsait geri qaytarılıb.
Şikayətçinin iddialarını öz dilindən təqdim edirik:
Patrul.az olaraq məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq. Onların cavabını əldə etdiyimiz təqdirdə, həmin mövqeyi də olduğu kimi dərc etməyə hazırıq.






