media-img-20260717-wa0099

Türkiyənin Hatay vilayətində yaşayan Ahmet Artan 6 fevral zəlzələlərindən sonra baş verən qeydiyyat səhvi səbəbindən rəsmi sistemlərdə ölü kimi göstərilib. Belə ki, o, düz 40 ay sonra yenidən “dirilib”.

Patrul.az CNN Türk-ə istinadən xəbər verir ki, şəxsiyyət məlumatlarında yaranan qarışıqlıq nəticəsində Artan dövlətin məlumat bazalarında vəfat etmiş şəxs kimi qeydiyyata alınıb. O, 40 ay ərzində əslində sağ olduğunu sübut etməyə çalışıb.

Nəhayət, Səhiyyə Nazirliyinin informasiya sistemlərindəki səhv aradan qaldırılıb və Ahmet Artan yenidən sağ şəxs kimi qeydiyyata alınıb.

Artan bildirib ki, bu hadisədən sonra onun üçün daha bir dəyişiklik yaşanıb. Belə ki, əvvəllər 23 yanvar olan doğum tarixi sistemdə 10 iyul olaraq yenilənib. O, zarafatla artıq ikinci dəfə dünyaya gəldiyini deyib.

Beləliklə, zəlzələdə sənədlər üzrə “ölən”, 40 ay sonra isə yenidən “dirilən” Ahmet Artanın hekayəsi Türkiyədə böyük müzakirələrə səbəb olub.


Bənzər xəbərlər