media-img-20260717-wa0101

Türkiyənin Manisa vilayətində əri tərəfindən burnu dişlənərək qoparılan qadın yaşadığı dəhşətli hadisə ilə bağlı danışıb.

Patrul.az NTV-yə istinadən xəbər verir ki, Gökhan Güler ilə həyat yoldaşı İmran Güler arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. Bu zaman kişi həyat yoldaşının burnunu dişləyərək qoparıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Mənzilin qapısı açılmadığı üçün xilasedicilər qadını xüsusi nərdivan vasitəsilə eyvandan təxliyə ediblər. Polis əməkdaşları isə evə daxil olaraq şübhəlini saxlayıblar.

“Ayaq üstə güclə dayanırdı. Otağa daxil olan kimi problem yaradacağını hiss etdim. Mübahisə düşməsin deyə ona cavab vermədim. Bir anda boğazımdan yapışdı. Özümü müdafiə edəndə isə burnumu dişlədi. Ağrıdan eyvandan tullanmağı belə düşündüm. Ondan sonadək şikayətçiyəm.”

Qeyd edək ki, həkimlər qopan burnu əməliyyatla yenidən yerinə tikiblər.


Bənzər xəbərlər