Valideynlərin də seçimi: BİM Uşaq Əyləncə Mərkəzi fəaliyyətə başladı - VİDEO
Uşaqların asudə vaxtının səmərəli təşkili, onların həm əylənməsi, həm də aktiv vaxt keçirməsi valideynlərin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Məhz bu məqsədlə BİM Uşaq Əyləncə Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzdə müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş oyun zonaları yaradılıb. Buraya gələn uşaqlar müxtəlif attraksionlarda vaxt keçirə, fiziki aktivlik tələb edən oyunlarda iştirak edə və yaşıdları ilə birlikdə əylənə bilirlər. Rəngarəng məkan ilk gündən etibarən balacaların böyük marağına səbəb olub.
Valideynlər bildirirlər ki, belə məkanlar uşaqların gün ərzində daha aktiv olması, yaşıdları ilə ünsiyyət qurması və asudə vaxtlarını maraqlı keçirməsi baxımından əhəmiyyətlidir. Onların sözlərinə görə, təhlükəsiz və rahat şəraitin yaradılması da seçim zamanı əsas meyarlardan biridir.
Mərkəzin rəhbərliyi bildirir ki, burada əsas məqsəd uşaqların rahat və təhlükəsiz mühitdə əylənməsini təmin etməkdir. Qeyd olunur ki, gələcəkdə də ziyarətçilərin rahatlığı üçün xidmətlərin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.
Yeni istifadəyə verilən BİM Uşaq Əyləncə Mərkəzi artıq ilk ziyarətçilərini qəbul edir. Gün ərzində buraya üz tutan balacaların sevinc dolu anları göstərir ki, onlar üçün əylənmək, hərəkət etmək və xoş vaxt keçirmək məqsədilə daha bir ünvan istifadəyə verilib.






