Netanyahudan müharibənin davam edəcəyi ilə bağlı DİQQƏTÇƏKƏN AÇIQLAMA
İsrailin baş naziri Benyamin Netanyahu İranla müharibənin davam edəcəyini bildirib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu əsas məqsədlərinin “İran xalqını mövcud rejimdən azad etmək” olduğunu iddia edib. Onun sözlərinə görə, İsrailin indiyədək həyata keçirdiyi tədbirlər İran rəhbərliyinin müqavimətini ciddi şəkildə zəiflədib.
“Gördüyümüz tədbirlər nəticəsində onların müqavimətini qırmışıq və fəaliyyətimiz davam edir”, – deyə Netanyahu bildirib.
Netanyahu həmçinin qeyd edib ki, son hadisələr İsrailin beynəlxalq mövqeyində də müəyyən dəyişikliklər yaradıb. O vurğulayıb ki, ölkə üçün müdafiə məsələləri İrana qarşı hücum əməliyyatlarından daha önəmli hesab olunur.
Baş nazirin sözlərinə görə, müdafiə ilk növbədə xalqın iradəsinə əsaslanır və İsrail cəmiyyəti hökumətin atdığı addımlara böyük inam göstərir.
Qeyd edək ki, hazırda ABŞ-İsrail-İran qarşıdurmasının 11-ci günüdür. ABŞ və İran arasında uzun müddətdir davam edən gərginlik və diplomatik səylər 28 fevral səhəri İsrailin İrana birgə hücumu ilə kəskin mərhələyə keçib. Həmin tarixdən etibarən İran yeddi ərəb ölkəsinə ümumilikdə 3095 raket və pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib.






