Paşinyan Müctəba Xameneyini təbrik etdi
Ermənistanın baş naziri Nikol Paşinyan İranın yeni ali lideri Müctəba Xameneyini təbrik edib.
Patrul.az xəbər verir ki, Paşinyan Müctəba Xameneyinin İranın ali lideri seçilməsi münasibətilə təbrik mesajı yayımlayıb.
O bildirib ki, Ermənistan və İran arasında mövcud olan möhkəm əlaqələrin bundan sonra da inkişaf edəcəyinə inanır.
“Əminəm ki, Ermənistan və İran arasındakı möhkəm əlaqələr inkişaf etməyə davam edəcək və yeni uğurlar qazanacaq. Bu fürsətdən istifadə edərək dost İran xalqına rifah və davamlı sülh arzulayıram”, – deyə Paşinyan qeyd edib.






