media-inshot_20260410_193614921

Gündəlik həyatımızda istifadə etdiyimiz bir çox tətbiq və sayt bizi manipulyasiya etmək üçün müəyyən üsullardan istifadə edir. Məsələn, bir sayta daxil olduqda “Kuki” (Cookie) siyasətini qəbul etmək üçün yaşıl və böyük bir düymə qarşımıza çıxır, lakin imtina etmək üçün 3-4 fərqli alt menyuya girməli oluruq. Bu, “çətinləşdirilmiş seçim” tələsidir.

Patrul.az-ın araşdırmasına əsasən, istehlakçıları aldadan 5 əsas hiylə təqdim edilir

Patrul.az araşdırmasına əsasən, istehlakçını aldadan 5 əsas hiylənin hansılar olduğunu təqdim edir:

Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda fəaliyyət göstərən bəzi onlayn satış və xidmət platformalarında da bu metodlara geniş yer verilir. Patrul.az-ın bu istiqamətdə apardığı müşahidələr nəticəsində ən çox rast gəlinən manipulyasiya faktlarını belə qruplaşdıra bilərik:

Saxta təcililik (False Urgency)

1. Saytın küncündə çıxan “Bu məhsula hazırda 15 nəfər baxır” və ya “Son 2 məhsul qaldı” kimi bildirişlər çox vaxt real deyil. Bu, istifadəçidə “itirmək qorxusu” yaradaraq onu təcili və düşünülməmiş alış-verişə sövq edir.

2. “Roach Motel” (Tarakan Tələsi)

Abunə olmaq bir saniyə çəkir, lakin abunəlikdən çıxmaq üçün müştəri xidmətlərinə zəng etmək və ya uzun-uzadı formalar doldurmaq tələb olunur. Giriş qapısı geniş, çıxış qapısı isə gizli və dar saxlanılır.

3. Gizli xərclər (Hidden Costs)

Sifarişin son mərhələsinə qədər qiymət normal görünür, lakin ödəniş düyməsini sıxmazdan əvvəl qəfildən “çatdırılma haqqı”, “xidmət haqqı” və ya “sığorta” kimi əlavə xərclər peyda olur. İstifadəçi artıq vaxt sərf etdiyi üçün bu xərci qəbul etməyə daha meyilli olur.

4. Confirmshaming (Utandırma üsulu)

İstifadəçini seçimindən utandırmaq taktikasıdır. Məsələn, bülletenə abunə olmaq istəməyəndə “Xeyr” düyməsinin yerinə “Xeyr, mən savadsız qalmaq istəyirəm” və ya “Xeyr, mən qənaət etməyi sevmirəm” kimi cümlələrin yazılmasıdır.

5. Gizli reklamlar və “aldadıcı sual”

Bəzən tətbiqlərdə elə suallar verilir ki, “Bəli” və ya “Xeyr” cavablarından hansının nəyə xidmət etdiyini anlamaq olmur. Məsələn, “Məlumatlarım paylaşılsın?” sualına “Paylaşılmasın deməkdən imtina edirəm” kimi qəliz cümlələrlə razılıq alınır.

Necə Qorunmalı?

Bu araşdırma göstərir ki, rəqəmsal dünyada “pulsuz” xidmət yoxdur; əgər məhsula pul ödəmirsinizsə, deməli məhsul sizin diqqətiniz və davranışlarınızdır. Bu tələlərdən qorunmağın tək yolu rəqəmsal savadlılıqdır. Bir düyməni sıxmazdan əvvəl onun rənginə və ölçüsünə deyil, üzərində yazılan mətnin məntiqinə diqqət yetirmək lazımdır.

İstehlakçıların hüquqlarını qorumaq üçün bu növ aldadıcı dizaynların qanunvericiliklə tənzimlənməsi dünya praktikasında artıq müzakirə olunmağa başlayıb.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər