Qəzvində məktəb yaxınlığına zərbə anı kameralara düşdü, bir yeniyetmə öldü - ANBAAN GÖRÜNTÜLƏR
ABŞ və İsrail tərəfindən İranın Qəzvin şəhərində yerləşən məktəbin yaxınlığına endirilən raket zərbəsinin müşahidə kamerası görüntüləri yayılıb.
Patrul.az xəbər verir ki, görüntülər SEPAH-a bağlı media orqanları tərəfindən paylaşılıb.
Görüntülərdə məktəbin pəncərələrinin dağıldığı, şagirdlər və müəllimlər arasında panikanın yarandığı, təşviş içində qaçdıqları və bir şagirdin üzərinə armatur düşdüyü əks olunub.
Məlumata görə, üzərinə armatur düşən həmin şagird hadisə yerindəcə həyatını itirib.
Kadrların müharibənin ilk gününə aid olduğu bildirilsə də, görüntülər ictimaiyyətə yalnız martın 6-da təqdim edilib.
Qeyd edək ki, İranın Minab şəhərində yerləşən “Shajareh Tayyebeh” ibtidai sinif qızlar məktəbinə endirilən zərbə nəticəsində əksəriyyəti 7-12 yaşlı uşaqlar olmaqla, azı 175 nəfər həlak olub.






