media-inshot_20260309_101039099

“Bu rejim (İran) süqut etdikdə çoxlu pul qazanacağıq”.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qraham qonaq olduğu televiziya proqramlarından birində deyib.

ABŞ-İsrail-İran müharibəsi artıq 10 gündür davam edir. İsrail və ABŞ fevralın 28-də Tehran və Vaşinqton administrasiyaları arasında danışıqlar davam edərkən İrana hərbi hücuma başlayıblar. İran buna cavab olaraq İsrailə, eləcə də ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla bir neçə regional ölkədə müəyyən etdiyi hədəflərə hücum edib.

Fevralın 28-də ABŞ və İsrailin İranın Tehran şəhərinə endirdiyi çoxsaylı zərbələr nəticəsində İranın ali dini lideri Ayətullah Əli Xameni, onun bir neçə ailə üzvü və bir sıra yüksək vəzifəli şəxslər həlak olub.

İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani isə hücumlar başlayandan bəri İranda 1332 vətəndaşın öldüyünü, minlərlə insanın yaralandığını açıqlayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər