Rusiyanın Kiyevə raket zərbəsi Azərbaycan vətəndaşının evinə də ziyan vurdu - FOTOLAR
Bu gün gecə saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hücum həyata keçirib.
Patrulaz.az “Xarici KİV”ə istinadla xəbər verir ki, hücum nəticəsində üçü uşaq olmaqla 28 nəfər ölüb, 16-sı uşaq olmaqla 159 nəfər xəsarət alıb.
Şəhərdə bir neçə çoxmərtəbəli yaşayış binası dağılıb, onlarla avtomobil və mülki infrastruktur zədələnib. Hadisə yerinə 180 xilasedici və 60 texnika cəlb olunub.
Hücum zamanı Kiyevdə Azərbaycan vətəndaşının yaşadığı binaya da ziyan dəyib. Belə ki, zərbələr nəticəsində evin pəncərələri sınıb, mebelə zərər dəyib. Lakin xoşbəxtlikdən xəsarət alan olmayıb.
Məlumata görə, Rusiya hücum zamanı 300-dən çox dron və 8 raketdən istifadə edib.
Qeyd edək ki, hücumla əlaqədar Kiyevdə matəm elan olunub.







