media-img_7800

Saray qəsəbəsində avtoxuliqanlıq halları ilə bağlı yeni görüntülər yayılıb.

Hadisə iyulun 23-də General Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Patrulaz.az-a daxil olan məlumata görə, 90 XK 293 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobilin sürücüsü yolun ortasında təhlükəli sağ və sol manevrlər edərək həm piyadaların, həm də digər sürücülərin həyatını təhlükəyə atıb.

Görüntülərdən aydın görünür ki, sürücü bu hərəkətləri bilərəkdən və ehtiyatsız şəkildə həyata keçirib. Onun təhlükəli sürücülük tərzi sol zolaqda hərəkətdə olan avtomobillər üçün qəza riski yaradıb.

İddialara görə, hadisə qəsdən və videoçəkiliş məqsədilə edilib. Belə ki, sərt manevrlər, avtomobillə birgə hərəkətdə olan digər maşında əyləşən şəxs tərəfindən lentə alınıbmış.


Bənzər xəbərlər