media-inshot_20260715_190738857

 Türkiyənin sevilən gənc aktyorları Lizge Cömert və Bilal Yiğit Koçak münasibətlərinə son qoyub.

Patrul.az xəbər verir ki, 4 ildir bərabər olan məşhur cütlük ayrılmaq qərarına gəlib.

Xatırladaq ki, onların sevgisi 2021–2024-cü illərdə Türkiyənin ATV kanalında yayımlanan və böyük maraqla izlənilən “Kardeşlerim” (Qardaşlarım) serialının çəkiliş meydançasında başlamışdı. Cütlük ekran işində də bir-birinə aşiq olan Süsen və Ömer obrazlarını canlandırırdı.

Həm serialda, həm də real həyatda bir-birinə çox yaraşdırılan cütlüyün qəfil ayrılıq xəbəri sosial şəbəkələrdə fanatları tərəfindən böyük təəssüflə qarşılanıb.

media-gemini_generated_image_c2qkd8c2qkd8c2qk

Gülbəniz Səfərova


Bənzər xəbərlər