media-inshot_20260213_194023827

Son zamanlar ölkə daxilində sosial media hesablarına qarşı kiberhücumların və fişinq (phishing) hallarının kəskin artması müşahidə olunur.

Kibertəhlükəsizlik üzrə mütəxəssis Güləli Qasımov mövzu ilə bağlı Patrul.az-a açıqlama verərək vətəndaşlara vacib xəbərdarlıqlar edib.

“İkiqat qorunma artıq kifayət deyil”.

Mütəxəssis bildirir ki, kiber-cinayətkarlar artıq daha mürəkkəb metodlardan istifadə edirlər.

G. Qasımovun sözlərinə görə, sadəcə iki faktorlu təsdiqləməyə (2FA) güvənmək bəzən yetərli olmaya bilər:

“Cinayətkarlar saxta linklər və manipulyativ mesajlarla istifadəçilərin giriş məlumatlarını ələ keçirirlər. Bir çox hallarda istifadəçilər özləri bilmədən hesablarına giriş icazəsi verirlər. Hesabın bərpası isə çox vaxt texniki cəhətdən çətin və zaman aparan bir prosesə çevrilir”.

media-inshot_20260213_193620437

 

Brendlər və fərdi istifadəçilər nə etməlidir?

Mütəxəssis vurğulayıb ki, xüsusilə tanınmış brendlərin və geniş izləyici kütləsi olan şəxslərin rəqəmsal təhlükəsizliyi peşəkar şəkildə idarə olunmalıdır. “Gulali MMC” olaraq həyata keçirdikləri profilaktik tədbirlərdən bəhs edən mütəxəssis qeyd edib ki, mütəmadi təhlükəsizlik auditi və rəqəmsal izin qorunması gələcək itkilərin qarşısını alan ən effektiv yoldur.


Bənzər xəbərlər