Sumqayıt-Novxanı yolunda qəza: 123 nömrəli marşrut avtobusu işıq dirəyinə çırpılıb - VİDEO
Bu gün saat 18:00 radələrində Sumqayıt-Novxanı yolu istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az xəbər verir ki, 123 nömrəli sərnişin marşrut avtobusu idarəetməni itirərək iki yol ortasındakı işıq dirəyinə çırpılıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə hələlik dəqiq məlumat yoxdur. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Sərnişinlərin sözlərinə görə, qəza zamanı avtobusda xeyli sayda insan olub. Faktla bağlı araşdırma aparılır.






