Sürücülər bu svetoforun işıqlarını görə bilmir - VİDEO
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən svetoforun işıqları avtomobil sürücüləri üçün çətin görünür.
Patrulaz.az-a daxil olan məlumata görə, Sakit Qocayev küçəsində, Qaraçuxur istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri svetoforun üzərinə düşmüş ağac budaqları səbəbindən işıq siqnallarını aydın seçə bilmirlər.
Redaksiyamıza daxil olan videogörüntülərdə də aydın görünür ki, “Eslem Pərdə” mağazasının qarşısında yerləşən svetoforun böyük hissəsi ağac budaqları ilə örtülüb. Bu isə nəqliyyatın hərəkətində çaşqınlıq yaradır və potensial qəza riskini artırır.
Sürücülər və ərazidən istifadə edən vətəndaşlar məsələ ilə bağlı narahatlıqlarını bildirərək, müvafiq qurumları dərhal tədbir görməyə çağırırlar.
Gülbəniz Səfərova






