media-inshot_20260312_210520586

ABŞ Prezidenti Donald Tramp bu dəfə iranlı futbolçuları təhdid edib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp İran milli futbol komandasının 2026-cı il FIFA Dünya Kubokunda iştirak edəcəyi təqdirdə onların təhlükəsizliyinin təmin olunmasının çətin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

“İran milli komandası Dünya Kubokunda iştirak edə bilər, lakin onların öz həyat və təhlükəsizlikləri naminə orada olmalarını uyğun hesab etmirəm”, – deyə o bildirib.

FİFA prezidenti Canni İnfantino isə dünən ABŞ Prezidenti Donald Trampla İran milli komandasının 2026-cı il Dünya Kubokunda iştirakını müzakirə edib.

O qeyd edib ki, futbolçuların belə tədbirlərdə bir araya gəlməsi vacibdir və bu şəraiti yaratdığına görə Trampa təşəkkür edib:

“Müzakirələr zamanı Prezident Tramp İran milli komandasının, əlbəttə ki, ABŞ-da keçiriləcək turnirə dəvət olunduğunu bir daha vurğulayıb. İnsanları bir araya gətirmək üçün FIFA Dünya Kuboku kimi tədbirlərə əvvəlkindən daha çox ehtiyacımız var. ABŞ Prezidentinə dəstəyinə görə səmimi təşəkkürümü bildirirəm. Bu, futbolun dünyanı birləşdirdiyini bir daha göstərir”, – deyə İnfantino bildirib.

Qeyd edək ki, 2026-cı il FIFA Dünya Kuboku 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında keçiriləcək. Turnir futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq.

Açılış oyunu 11 iyun 2026-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən “Estadio Azteca” stadionunda keçiriləcək. Final oyunu isə 19 iyul 2026-cı ildə ABŞ-nin Nyu-Cersi ştatındakı “MetLife Stadium”da baş tutacaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər