media-d64458f2-f7ae-427d-9098-5801d34b1f56

ABŞ prezidenti Donald Tramp İspaniyanın siyasəti ilə bağlı narazılığını ifadə edərək bu ölkə ilə ticarət əlaqələrinin dayandırıla biləcəyini bildirib.

Patrul.az xarici mediaya istinadən xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında deyib: “İspaniyanın nə etməyə çalışdığını bilmirəm. Onlarla ticarətimizi sonlandıra bilərik.”

Məlumata görə, bu açıqlama ABŞ və İspaniya arasında bəzi siyasi və hərbi məsələlər üzrə fikir ayrılıqları fonunda səsləndirilib. Analitiklər isə hesab edirlər ki, bu cür bəyanatlar iki ölkə arasında diplomatik gərginliyin artdığını göstərir.

Buna baxmayaraq, ekspertlər ABŞ və İspaniya arasında iqtisadi əlaqələrin geniş olduğunu və ticarətin tam dayandırılmasının real ehtimalının hələlik aşağı olduğunu bildirirlər.


Bənzər xəbərlər